Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib.
"Report" xəbər verir ki, bu barədə MŞ məlumat yayıb.
Bildirilib ki, ölkə jurnalistlərinin bu il oktyabrın 16-da keçirilən IX qurultayından sonra ilk dəfə təşkil olunan toplantı ümumi görüş və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlib.
Tədbiri girişi sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu bildirib ki, müasir media çağırışlarının ayrı-ayrı cəmiyyətlərə hakim kəsildiyi hazırkı dövrdə ənənələrə sadiqlik ruhunun yaşadılması son dərəcə vacibdir. Şura sədri Ahıl Jurnalistlər Məclisinin bu baxımdan mühüm mənəvi rol oynadığını, qurumun fəaliyyətinin gücləndirilməsinə ehtiyac duyulduğunu deyib.
Çıxışlarda müvafiq təkliflər səsləndirilib. Təkliflər qruplaşdırılıb və onların fəaliyyət planına daxil edilməsi qərara alınıb.
Dərc vaxtına görə