Ağır yol qəzaları iki nəfərin ölümünə səbəb oldu - VİDEO


Samuxda sürət həddini nəzərə almadan sərt döngəyə daxil olan sürücü ağır qəza törədib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Qədili kəndində baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində ölən şəxs Daşkəsən rayon sakini - 32 yaşlı İlyas Aslanovdur. Onun həmyerlisi, 45 yaşlı Əziz Məmmədov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Həmin şəxslərin qəza yerinin yaxınlığındakı fermada çobanlıq etdikləri bildirilir.
Qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi də məlumat yayıb. Qeyd edilib ki, Qədili kəndində, mürəkkəb relyefə malik ərazidən keçən yolda baş verən qəzanın ağırlıq dərəcəsinə təsir göstərən amillərdən biri sürücü və sərnişinin təhlükəsizlik kəmərini bağlamamalarıdır. Maşın dərəyə yuvarlanarkən həmin şəxslər avtomobildən kənara düşüblər.
Salyanda baş verən qəzada isə avtomobil piyadanı vurub.
Hadisə gecə saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Cəlilabad rayon sakini, 89 yaşlı Allahverən Əliyev yolu keçmək istəyən zaman avtomobil onu vuraraq öldürüb.
Qəzalarla bağlı araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Dərc vaxtına görə
Xezerxeber.azoxuduğunuz
Ağır yol qəzaları iki nəfərin ölümünə səbəb oldu - VİDEO