Ağadadaş Salyanski “Neftçi”yə qarşı niyə oynamır?


Şriftin ölçüsü:
22.11.2026 14:53
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 12-ci turunda “Neftçi” ilə üz-üzə gəlir.
Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan klubunun bombardiri Ağadadaş Salyanski bu matçda forma geymir.
Müqavilə ilə “Neftçi”yə məxsus olan 22 yaşlı hücumçununa adının protokolda olmaması suallar yaradıb. Düşünmək olardı ki, Salyanskinin müqaviləsindəki xüsusi bəndə əsasən o, “Neftçi”yə qarşı oynaya bilməz.
Lakin belə deyil. Bununla bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, sözləşmədə bu cür bənd yoxdur. Sadəcə Salyanskinin yüngül zədəsi var və bu səbəbdən də o, “Neftçi” ilə görüşdə meydana çıxmayıb.
