Ağ Evdən açıqlama: Trampın sammitdə yuxulaması...


ABŞ Prezidenti Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçirilən İqtisadi Liderlərin Plenar Sessiyası zamanı qısa müddətə mürgüləməsi ilə bağlı mediada yayılan məlumatlar təkzib edilib.
"Bakupost" xəbər verir ki, bu barədə Ağ Evin Kommunikasiya Direktoru Stiven Çun X-də yazıb.
"Yalan! Prezident Tramp digər şəxslərin çıxışı zamanı qarşısındakı sənədlərə baxırdı. Onun göz hərəkətləri aydın görünür. Buna görə də insanlar mediaya bu qədər nifrət edirlər. Onlar həmişə yalan danışırlar", - deyə o, X-də yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın APEC sammitində Çin lideri Si Szinpinin çıxışı zamanı mürgüləməsi ilə bağlı görüntülər yayılmışdı.
Dərc vaxtına görə
Bakupost.azoxuduğunuz
Ağ Evdən açıqlama: Trampın sammitdə yuxulaması...