ADSEA-nın qurumu yaşıllığı məhv etdi - Nazirlik cərimələdi


Sabirabad Su Meliorasiya Sistemləri İstismarı İdarəsi kanalı lildən təmizləyərkən yaşıllığı məhv edib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Xəlfəli kəndində baş verib.
Belə ki, proses zamanı bioloji inkişafda olan 7 ayland və 3 ədad söyüd ağacı idarəyə məxsus texnika vasitəsilə məhv edilib.
Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli regional idarəsi tərəfindən ADSEA-nın qurumuna protokol tərtib olunub. Protokola əsasən Sabirabad Su Meliorasiya Sistemləri İstismarı İdarəsi 7000 manat cərimə olunub.
Demokrat.az+2 mənbə