Abşeronda qardaşının qayınatasını öldürən şəxsə 19 il həbs verilib


Abşeron rayonunun Hökməli qəsəbəsində qardaşının ailəsi ilə yaranmış münaqişəyə müdaxilə edən şəxs qətl törətməkdə təqsirli bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.
Gunxeber.Az xəbər verir ki, hadisə Hökməli qəsəbəsində “Qobu yolu” adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verib.
Məlumata görə, qəsəbə sakini Eltun Muradovla həyat yoldaşı arasında ailə münaqişəsi yaranıb və tərəflər ayrılıblar. Üç azyaşlı övlad E.Muradovun yanında qalıb. Daha sonra uşaqlardan birinin kimdə qalması ilə bağlı tərəflər arasında mübahisə yaranıb.
İddialara əsasən, Eltun Muradovun qardaşı, 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradov yaranmış münaqişədən sonra gecə saatlarında özü ilə bıçaq və benzin götürərək qardaşının qayınatasının yaşadığı evə gedib.
M.Muradov evə daxil olaraq qardaşının həyat yoldaşının olduğu otağa keçib və özü ilə gətirdiyi benzini qadının üzərinə tökərək onu yandırmağa cəhd göstərib. Qadının kömək çağırışını eşidən atası, 1964-cü il təvəllüdlü Miribrahim Seyidov otağa gələrək M.Muradovun qarşısını almağa çalışıb.
Bu zaman tərəflər arasında qarşıdurma yaranıb. M.Muradov əlindəki bıçaqla Miribrahim Seyidova bir neçə zərbə endirib. Aldığı xəsarətlər nəticəsində M.Seyidov həyatını itirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Məhəmmədəli Muradov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin hökmü ilə M.Muradov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
15:30
10:30
01:25
20:33
17:40
15:45
