ABŞ - Venesuela müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalandı


DÜNYA
19 Noyabr 2026 | 00:12 | Müəllif: Subhan Mahmudov
ABŞ müdafiə naziri Pit Heqset ABŞ və Venesuela arasında müdafiə əməkdaşlığı müqaviləsi imzalandığını açıqlayıb.
Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, bu barədə Karakasda Venesuela Prezidentinin elçisi Delsi Rodrigez ilə görüşündə Pentaqon rəhbəri bildirib.
O qeyd edib ki, ABŞ Venesuela ilə müdafiə əməkdaşlığını gücləndirməyə sadiqdir. “Bu gün müdafiə tərəfdaşlığımızı gücləndirmək üçün müqavilə imzalamaq imkanına görə minnətdarıq. Qarşılıqlı əlaqəmizi artırmağı səbirsizliklə gözləyirik”, - deyə Heqset əlavə edib və onun çıxışı yerli televiziya kanalları tərəfindən yayımlanıb.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
ABŞ - Venesuela müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalandı