ABŞ ilə Venesuela arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalandı


BAKI, 18 noyabr. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset ABŞ və Venesuela arasında müdafiə əməkdaşlığı müqaviləsi imzalandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Karakasda Venesuela Prezidentinin elçisi Delsi Rodrigez ilə görüşündə Pentaqon rəhbəri bildirib.
O qeyd edib ki, ABŞ Venesuela ilə müdafiə əməkdaşlığını gücləndirməyə sadiqdir: “Bu gün müdafiə tərəfdaşlığımızı gücləndirmək üçün müqavilə imzalamaq imkanına görə minnətdarıq. Qarşılıqlı əlaqəmizi artırmağı səbirsizliklə gözləyirik”.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
ABŞ ilə Venesuela arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalandı
