ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb


ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi barədə saziş bağlayıb.
Moderator.az VTV telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Karakasda Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşün yekunlarına dair bildirib.
Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ tərəfi Bolivar Respublikası ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.
"ABŞ və Venesuela silahlı qüvvələrin möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, hərbi sahədə qarşılıqlı əlaqələri genişləndirmək barədə razılığa gəlib. Biz bu gün müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinə dair sazişi imzalamaq imkanına görə minnətdarıq", - Heqset qeyd edib.
Sənəd Karakasdakı Miraflores prezident sarayında imzalanıb. Nazirin sözlərinə görə, Vaşinqton ABŞ hərbçilərinin təcrübəsindən və Venesuela silahlı qüvvələrinin imkanlarından istifadə edərək müdafiə tərəfdaşlığını dərinləşdirməyə ümid edir.
Rodriqes hərbi əlaqələrin bərpa olunmasını alqışlayaraq qeyd edib ki, bu, Bolivar Milli Silahlı Qüvvələrinin hazırlığını yaxşılaşdırmağa, onların təchizatını müasirləşdirməyə və yeni texnologiyalara çıxışı təmin etməyə imkan verəcək.
Onun sözlərinə görə, əməkdaşlıq iki ölkəyə ümumi təhdidlərə qarşı mübarizə aparmağa kömək edəcək. Bununla belə, sazişin təfərrüatları və qarşılıqlı əlaqələrin konkret istiqamətləri hələlik açıqlanmayıb.
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb