ABŞ Rusiya və Ukrayna arasında daha genişmiqyaslı atəşkəsə nail olmaq istəyir


ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında daha genişmiqyaslı atəşkəsin əldə olunmasına çalışdığını bildirib.
Amerika lideri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp iki ölkə arasında humanitar təşəbbüslərdə mühüm rol oynayıb.
“Melaniya Ukrayna və Rusiya ilə bağlı çox yaxşı iş görüb, bir çox gözəl insanlarla əməkdaşlıq edib. İndi isə biz daha genişmiqyaslı varianta keçirik”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, əvvəlki təşəbbüslər çərçivəsində insanların şəhər və yaşayış məntəqələrindən təxliyəsi həyata keçirilib və bu, çox güman ki, onların həyatını xilas edib.
“Bu, atəşkəs idi. İndi isə eyni işi daha geniş miqyasda həyata keçirəcəyik”, – deyə Tramp vurğulayıb.
RU
21:00, Bu gün ABŞ Rusiya və Ukrayna arasında daha genişmiqyaslı atəşkəsə nail olmaq istəyir
20:43, Bu gün Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı
20:31, Bu gün "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı - VİDEO
20:22, Bu gün “Qalatasaray”ın baş məşqçisi meydandan qovulub
20:13, Bu gün "Qalatasaray" ardıcıl altıncı qələbəsini qazandı
20:00, Bu gün Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
19:47, Bu gün Klubumuz UEFA Regionlar Kubokunda 12 cavabsız qolla məğlub oldu
19:30, Bu gün "Barselona" Erlinq Holandı transfer etmək istəyir
19:17, Bu gün Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı
19:01, Bu gün Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
ABŞ Rusiya və Ukrayna arasında daha genişmiqyaslı atəşkəsə nail olmaq istəyir

Ens.az+1 mənbə