Avropa Parlamentinin yeddi deputatı Ukraynanın qalmaqallı saytının siyahısına salındı


DÜNYA21 noyabr 2026 · 21:00
3 Baxış
Avropa Parlamentinin yeddi deputatı Ukraynanın "Mirotvorets" saytının siyahısına daxil edilib.
Oxu.Az saytın məlumatlarına istinadən xəbər verir ki, bundan əvvəl İtaliyanın müxalif "Beş Ulduz Hərəkatı" partiyasının nümayəndələri "Mirotvorets"in bağlanmasını tələb ediblər. Onlar saytın nifrət və dezinformasiya yaydığını bildiriblər.
Bundan sonra Avropa Parlamentinin deputatları Karolina Moraçe, Cüzeppe Antoçi, Valentina Palmezano, Qaetano Pedulla, Dario Tamburrano, Pasquale Tridiko və Mario Furore saytın məlumat bazasına daxil ediliblər.
2014-cü ildə yaradılan "Mirotvorets" saytının məqsədi Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən şəxsləri müəyyənləşdirmək və onların şəxsi məlumatlarını dərc etməkdir. Resurs Ukraynanın daxili işlər nazirinin ştatdankənar müşaviri Anton Geraşenkonun təşəbbüsü ilə yaradılıb.
2016-cı ilədək Ukraynanın Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi və digər güc strukturları rəsmi olaraq saytın tərəfdaşları hesab olunublar.
Təsdiqlənmiş hesab
Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.
Şərh yazın
Şərh yazmaq üçün hesabınıza daxil olun və e-poçtunuzu təsdiqləyin.
Dərc vaxtına görə
