XİN-in rəsmi saytına KİBERHÜCUM - bu ölkədə


Avstriya Xarici İşlər Nazirliyinin rəsmi internet saytına kiberhücum edilib. Nəticədə hakerlər nazirlik əməkdaşlarının və ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin rəsmi əlaqə məlumatlarına çıxış əldə ediblər.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Avstriya Mətbuat Agentliyi (APA) nazirliyin bəyanatına istinadən məlumat yayıb.
Bəyanata əsasən, xarici podratçı şirkət tərəfindən idarə olunan sayta icazəsiz müdaxilə noyabrın 12-dən 13-nə keçən gecə baş verib. Hadisə “Microsoft” sistemlərində qeydə alınan qlobal nasazlıqla eyni vaxta təsadüf edib. İcazəsiz giriş noyabrın 13-də aşkarlanaraq dərhal bloklanıb.

Ens.az+1 mənbə