ABŞ-ın Küveytdəki bazasına hücum: Əhaliyə xəbərdarlıq edildi


Dünya
İran ordusu Küveytdə yerləşən Əli əs-Salim hava bazasına PUA-larla hücum edib.
Publika.az xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb.
Bildirilib ki, hücum zamanı bazada yerləşən ABŞ-a məxsus “Patriot” hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarının buraxılış qurğuları hədəfə alınıb.
Bəhreyn Daxili İşlər Nazirliyi əhaliyə potensial təhlükə ilə bağlı xəbərdarlıq edib. Nazirlik vətəndaşları və bölgə sakinlərini ən yaxın təhlükəsiz məntəqələrə sığınmağa və məlumatları rəsmi kanallardan izləməyə çağırıb.
Müəllif: Roza
Bizi Telegram-da izləyin
Oxumağa davam et
