ABŞ dəniz piyadaları yeni M7 əvəzinə daha çox alman atıcı silahı alacaq
jpg_1795007206.jpg)
jpg_1795007206.jpg)
18 Noyabr 2026 17:05
47
DÜNYA
ABŞ-nin Dəniz Piyadaları Korpusu Almaniya istehsalı olan yeni M27 IAR (Infantry Automatic Rifle) hücum tüfənglərinin alınması ilə bağlı müqavilənin dəyərini ikiqat artıraraq 39,2 milyon dollardan 84,6 milyon dollara çatdırıb. “Defense News” nəşrinin yazdığına görə, bu vəsait hesabına dəniz piyadalarına yeni silahlar, ehtiyat hissələri və əlaqədar avadanlıqlar tədarük olunacaq. Bu məlumat Dəniz Piyadaları Korpusu komandanlığının ordu tərəfindən istifadə olunan daha böyük kalibrli M7 tüfəngini qəbul etməkdənsə, M27-ni saxlamaq qərarına gəldiyini elan etməsindən təxminən səkkiz ay sonra yayılıb. Fevral ayında ABŞ-nin Dəniz Piyadaları Korpusunun nümayəndəsi bildirib ki, M27 yaxın məsafədən döyüşmək üçün daha əlverişlidir və dəniz piyadalarının tələblərinə cavab verir. HK416 avtomatı əsasında hazırlanmış M27 2010-cu ildə silahlanmaya qəbul edilib. Silah Amerikanın AR-15 modul tüfəng sistemi ailəsinə uyğundur, lakin M27-nin mexanizmi alman istehsalı olan G36-ya daha çox bənzəyir. “Next Generation Squad Weapon” proqramı çərçivəsində yaradılmış bu silahlar 6,8x51 millimetrlik patronlardan istifadə edir.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
1 mənbə