ABŞ-də İT sistemlərindəki kütləvi İT kəsintilərinin səbəbi süni intellekt OLA BİLƏR


Süni intellekt ABŞ-də genişmiqyaslı İT nasazlıqlarına dolayı yolla səbəb olmuş ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Sun” nəşri məlumat yayıb.
ABŞ-də bankların, aviasiya sistemlərinin və dövlət qurumlarının fəaliyyətində baş verən genişmiqyaslı nasazlıqların süni intellektlə əlaqəli ola biləcəyi müzakirə edilir.
Nəşrin məlumatına görə, süni intellekt sistemlərinin aşkar etdiyi proqram təminatı boşluqlarını aradan qaldırmaq üçün yeniləmələrin tələsik quraşdırılması problemlərə səbəb ola bilər.
Bu ehtimal Konqres üzvləri, iri bankların və ABŞ Milli Təhlükəsizlik Agentliyinin nümayəndələri ilə aparılan məxfi müzakirələrdə də gündəmə gətirilib.
Bildirilir ki, nasazlıqlardan JPMorgan Chase bankının sistemləri və Milli Təhlükəsizlik Agentliyinin qapalı kommunikasiya şəbəkəsi də təsirlənib.
Senator Mark Uornerin sözlərinə görə, süni intellekt qısa müddətdə çoxsaylı proqram təminatı boşluqlarını aşkar edə bilir.
Şirkətlər isə hakerlərin həmin boşluqlardan istifadə etməməsi üçün onları mümkün qədər tez aradan qaldırmağa çalışırlar. Məsələn, “Microsoft” noyabrın 10-da 1200-dən çox təhlükəsizlik boşluğu ilə bağlı yeniləmələr yayımlayıb.
Mütəxəssislərin diqqət çəkdiyi digər məqam isə yeniləmələrin tələsik quraşdırılmasının köhnə sistemləri yükləyərək yeni texniki problemlərə səbəb ola bilməsidir.
Xuraman Etibarlı
İnterpress.az
1 mənbə