ABŞ-də borc həddi ilə bağlı TƏHLÜKƏ: Konqres QƏRAR VERMƏLİDİR


ABŞ dövlət borcunun yuxarı həddinə 2027-ci ilin fevralında çata bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
ABŞ Konqresi dövlət borcunun artırılması və ya limitin tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul etməsə, ölkə 2027-ci ilin fevralında qanunla müəyyən edilmiş borc həddinə çata bilər.
Hazırda ABŞ-nin dövlət borcu limitinin yuxarı həddi 41,1 trilyon dollar (təxminən 69,9 trilyon manat) təşkil edir.
Bu həddə çatacağı təqdirdə ABŞ Maliyyə Nazirliyinin fövqəladə tədbirlərə əl atacağı gözlənilir.
Həmin tədbirlərə bəzi dövlət fondlarına investisiyaların dayandırılması və qurumlar arasında vəsaitlərin müvəqqəti yenidən bölüşdürülməsi daxildir.
Xuraman Etibarlı
İnterpress.az
