ABŞ-da respublikaçılar Ukraynaya yardımla bağlı müddəaları müdafiə büdcəsindən çıxarmaqla hədələyirlər


18.11.2026 - 20:44
26
ABŞ Nümayəndələr Palatasında respublikaçılar demokratlara təzyiq göstərmək məqsədilə Ukrayna ilə bağlı müddəaları böyük müdafiə qanun layihəsindən çıxarmaqla hədələyirlər.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumata görə, respublikaçılar bu addımla Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset üzərində Konqresin nəzarətini gücləndirməyə yönəlmiş tədbirlərin geri götürülməsinə nail olmaq istəyirlər.
Hədəf alınan müddəalara Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi, hərbi yardım və Rusiyaya qarşı sanksiyalar daxildir.
Rauf
Dərc vaxtına görə
İnfoaz.mediaoxuduğunuz
ABŞ-da respublikaçılar Ukraynaya yardımla bağlı müddəaları müdafiə büdcəsindən çıxarmaqla hədələyirlər