A Seriyasının bombardiri “Liverpul”un hədəfində: Su qiymətinədir


“Liverpul” hazırda 2026/2027 mövsümündə Seriya A-da ən çox qol vuran “Monza”nın hücumçusu Qustav Varela ilə maraqlanır.
Publika.az xəbər verir ki, “Corriere dello Sport”un məlumatına görə, “mersisaydlılar” 21 yaşlı hücumçunun iştirak etdiyi oyunlara həftəlik olaraq skautlar göndərirlər.
Mənbənin məlumatına görə, “Tottenhem”, “Brentford” və “Sanderlend” də portuqaliyalı oyunçu ilə maraqlanıb. Bildirilir ki, “Benfika” hücumçunun 20%-lik satış hüquqlarına malikdir.
Varela bu mövsüm A Seriyasında 10 matçda 9 qol vurub və bir məhsuldar ötürmə edib. Onun müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 5 milyon avrodur.
