"2 nömrəli Sənaye Kombinatı" MMC ləğv olunur


Sumqayıt şəhərində hüquqi qeydiyyatda olan "2 nömrəli Sənaye Kombinatı" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
32gun.az-ın verdiyi məlumata görə, VÖEN-i 3100113731 olan cəmiyyətin kreditorları iki ay ərzində öz tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 139 ünvanına bildirə bilərlər.
Əldə etdiyimiz digər məlumata görə, sözügedən müəssisə vergi uçotunda passiv vergi ödəyicisi kimi qeydiyyatdadır.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Sumqayıt şəhəri, Dağlı küçəsi, giriş 152 ünvanında yerləşən MMC-nin nizamnamə kapitalı 550 AZN, qanuni təmsilçisi isə Ceyhun Zülfüqar oğlu Nəcəfovdur.
Ayaz