2-ci Liqa: Turun son oyununda meydan sahibləri sevindi


Azərbaycan 2-ci Liqasında 11-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, 1-ci dövrənin son günündə 1 matç baş tutub.
Bağlanış matçında "Dinamo" Binədə "Şəmkir"i qonaq edib. Oyundan bakılılar qalib ayrılıblar. "Polislər" son dəqiqələrdə vurulan qələbə topu ilə 3 xalı bayram ediblər.
Qeyd edək ki, üç günü əhatə edən turun əvvəlki oyunlarında "Marafon" "Şəki"ni 5:0, "Ağstafa Gəncləri" "Difai"ni 3:0, "Şirvan" "Ağdaş"ı 5:0, "Qaradağ Lökbatan" "Kür-Araz"ı 7:1 hesabı ilə məğlub edib, "Zəngəzur" isə "Hypers"lə görüşdə (2:2) xal itirib.
Azərbaycan 2-ci Liqası
11-ci tur
17 noyabr
“Dinamo” – “Şəmkir” 2;1
Qollar: Z.Bayramov, 4. Y.Qarayev, 90+2 - E.Abdullayev, 48.
