16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - Foto


Xızı rayonunun Tıxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, 16 yaşlı oğlan atasının avtomobilini gizli şəkildə qaçıraraq idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Həmin vaxt avtomobildə qonşunun 10 və 12 yaşlı iki uşağı da olub.
Qəza nəticəsində yeniyetmə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/16-…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
