13 yaşlı yeniyetmənin başına GƏLƏN QƏRİBƏ HADİSƏ: Boğazından bıçaqlandı!
Vətən.azMustafa Həsənov


17 Noyabr 2026
Azyaşlı yeniyetmə evdə meyvə doğrayarkən ehtiyatsızlıq nəticəsində boğazından bıçaq xəsarəti alıb.
Veten.Az xəbər verir ki, hadisə Lənkəran rayonunun Darquba kəndində qeydə alınıb.
Kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər ona boyun nahiyəsinin açıq yarası diaqnozu qoyub və zəruri ilkin tibbi yardım göstəriblər.
İlkin məlumata görə, yeniyetmə evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğrayarkən ehtiyatsızlıq edərək öz boğaz nahiyəsinə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
1 mənbə
