"Yeni Dövlət Qulluğu Məcəlləsi də böyük əhəmiyyət kəsb edir"
“Azərbaycanda hər bir sahədə olduğu kimi, dövlət qulluğu sahəsində də önəmli islahatlar həyata keçirilir. Bu islahatlar dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Yeni Dövlət Qulluğu Məcəlləsi də bu islahatların mühüm tərkib hissəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, məcəllə parlamentin oktyabrın 16-da keçirilən iclasında üçüncü oxunuşda qəbul olunub. Noyabrın 16-da isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunu imzalayıb.Millət vəkili xatırladıb ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında dövlət idarəçiliyinin və qulluğunun təkmilləşdirilməsi istiqamətində Dövlət Qulluğu Məcəlləsinin hazırlanması əksini tapırdı. Məcəllə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarının vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur. Sənəd Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.Samir Vəliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliy












