Lavrov: Avstraliya nüvə texnologiyalarına MAQATE nəzarəti olmadan çıxış əldə edə bilər


17.11.2026 - 21:51
25
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ, Böyük Britaniya və Avstraliya arasında nüvə texnologiyaları sahəsində əməkdaşlığı tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Lavrov bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya nüvə silahına malik dövlətlər, Avstraliya isə nüvə silahına malik olmayan ölkə kimi bu əməkdaşlıq blokunda yer alır.
Lavrov qeyd edib ki, Avstraliyanın MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarətinə tabe olmalı texnologiyalara daha asan çıxış əldə edəcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
O, region ölkələrinin bu vəziyyətdən məmnun olmadığını ehtimal etdiyini bildirib.
Rauf
1 mənbə
Report+22 mənbə