Lavrov: ABŞ və Qərb ölkələri Tayvanla hərbi əməkdaşlığı genişləndirir
İnfoaz.mediainfoaz


17.11.2026 - 21:50
27
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Tayvanla bağlı siyasətini tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Lavrov Qərb dövlətlərinin sözlərlə “Vahid Çin” siyasətini tanıdıqlarını bəyan etdiklərini, lakin eyni zamanda mövcud status-kvonun dəyişdirilməməsini tələb etdiklərini bildirib.
Onun sözlərinə görə, mövcud status-kvo Tayvanla hərbi əməkdaşlığı da əhatə edir.
Lavrov ABŞ və digər Qərb ölkələrinin Tayvanla hərbi əməkdaşlığı genişləndirdiyini vurğulayıb.
Rauf
1 mənbə
