Ağdam şəhəri günü: Azərbaycanın tarixi Zəfərinin təcəssümü
Rəşad MahmudovYAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatıVəhşilik və barbarlıq mənəvi tənəzzülün, mərhəmət hissinin yoxluğunun və insan eybəcərliyinin ən ağır növüdür. Bədnam qonşularımız 1993-cü il iyulun 23-də Ağdam rayonunun ərazisinin 73 faizini işğal etməklə misli görünməmiş vəhşiliklərə, dağıntılara və talanlara yol verməklə öz xislətlərini bir daha nümayiş etdirdilər. Gözəl evləri, abad yolları, füsunkar təbiəti ilə seçilən, vaxtilə həyatın qaynayıb-daşdığı Ağdamı talana və dağıntıya məruz qoyaraq onu müasir dövrün Xirosimasına bənzər xarabalığa çevirdilər. “Ruhlar şəhəri”ni dağıtmaqla onun tarixini, mədəni irsini, əsrlərin yadigarına çevrilmiş memarlıq nümunələrini və bütöv bir nəslin xatirələrini də hədəfə aldılar. Ağdamın xarabalıqları işğalın törətdiyi faciənin, dağıdılmış talelərin və doğma yurda qayıtmaq həsrəti ilə yaşayan insanların ağrısının acı mənzərəsinə çevrildi.BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunsa da Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də qəbul edilmiş qərarlara məhəl qoymadı. Ermənistan Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsinə, mülkiyyətin talan edilməsinə və digər qanunsuz əməllərə əl atdı. Bunun nəticəsində Ağdamın dinc əhalisi doğma yurdlarından didərgin salındı, rayonun tarixi, mədəni və sosial irsinə ağır zərbə vuruldu, şəhər və kəndlər genişmiqyaslı dağıntılara məruz qaldı.Bütün bunların fonunda Azərbaycan dövləti humanizm prinsiplərini rəhbər tutaraq bölgədə qan tökülməsinin qarşısını almağa yönəlmiş siyasət yürüdür, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində iştirak edirdi. Lakin Ermənistanın uzun müddət konstruktiv mövqe nümayiş etdirməməsi, ölkəmizin ərazi bütövlüyünə qarşı yeni iddialarla çıxış etməsi və təmas xəttində davamlı gərginlik yaratması vəziyyəti daha da mürəkkəbləş











