Ceyhun Bayramov: Azərbaycan və Almaniya arasında 80 sənəd və saziş qüvvədədir


Azərbaycanla Almaniya arasında münasibətlərin inkişafı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və beynəlxalq gündəmdəki proseslər müzakirə olunub.
Gunxeber.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Almaniyanın xarici işlər naziri Yohann Vadefulla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Almaniyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi fəaliyyət göstərir. Bu mexanizm çərçivəsində növbəti siyasi məsləhətləşmələr cari ilin aprelində Bakıda keçirilib.
Nazirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığı tənzimləyən geniş hüquqi baza formalaşıb. Hazırda Azərbaycan və Almaniya arasında 80 müxtəlif sənəd və saziş qüvvədədir.
Ceyhun Bayramov əlavə edib ki, daha 10 sənəd üzərində iş davam etdirilir.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
11:05
02:30
23:49
20:30
17:45
12:25
1 mənbə