Dünya çempionu karyerasını bitirdi
İspaniyalı futbolçu Xuan Mata karyerasını bitirib. Futbolpress.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Matanın son ünvanı Avstraliyada “Melburn” olub. O, daha əvvəl “Real”, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted” kimi klubların formasını geyinib. Mata 2010-cu ildə İspaniya millisi ilə dünya çempionu olub.












