"Reyncers" "Beşiktaş"ın futbolçusunu heyətinə qatmaq istəyir
1sport.az1Sport.az


Şotlandiyanın "Reyncers" klubu Türkiyənin "Beşiktaş" komandasında çıxış edən Vatslav Çerni ilə maraqlanır.
1Sport.az xəbər verir ki, britaniyalılar 2028-ci ilə qədər İstanbul təmsilçisi ilə müqaviləsi olan çexiyalı vingeri yaxından izləyir. "Qartallar"ın gözləntiləri doğrultmayan və legioner limitində yer açmaq üçün qış fasiləsində göndərməyi planlaşdırdığı futbolçuya görə qarşı tərəfə yenidən rəsmi təklif göndəriləcək.
