Fərid Qayıbov Xüsusi Olimpiya hərəkatının nümayəndə heyəti ilə görüşüb


Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turniri ilə əlaqədar ölkəmizdə səfərdə olan Xüsusi Olimpiya Avropa-Avrasiya (SOEE) regionunun regional prezidenti və idarəedici direktoru Sven Albertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanda inklüziv idmanın və Xüsusi Olimpiya hərəkatının inkişafı, Bakıda təşkil olunan beynəlxalq badminton turnirinin təşkili, eləcə də gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, milli direktoru Rövşən Məmmədov, Beynəlxalq Xüsusi Olimpiya təşkilatının idman və yarışlar üzrə baş direktoru Lou Lauria, Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin təşkilati inkişaf üzrə baş direktoru Kşiştof Krukovski də iştirak ediblər.
1 mənbə
