Ziyarətçinin atdığı papaq dünyaca məşhur begemotun həyatına SON QOYDU


2017-ci ildə vaxtından əvvəl doğulması ilə dünyada məşhurlaşan begemot Fiona noyabrın 19-da, doqquz yaşında Sinsinnati Zooparkında ölüb. Onun ölümünə səbəb ziyarətçinin toxunmuş papağını udduqdan sonra yaranan ciddi sağlamlıq problemləri olub.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, hadisə təxminən 10 gün əvvəl baş verib. Ziyarətçi təsadüfən papağı Fionanın yaşadığı əraziyə atıb. Papaq əvvəlcə tavandakı ventilyatora ilişib, daha sonra isə kiçik bir dəlikdən heyvanın olduğu sahəyə düşüb.
Fiona hadisədən sonra ilkin olaraq özünü yaxşı hiss etsə də, bir neçə gün sonra iştahını itirməyə başlayıb. Vəziyyəti ağırlaşdıqdan sonra zooparkın baytarları və baxıcıları onun müalicəsinə başlayıblar.
Mütəxəssislər ultrasəs müayinəsi aparıb, dəstəkləyici dərmanlar tətbiq edib və iştahını artırmağa çalışıblar. Papağın həzm sistemindən keçməsinə kömək etmək məqsədilə yerli at fermasından gətirilmiş vibrasiya platformasından da istifadə olunub.
Lakin yetkin begemotlarda cərrahi müdaxilənin mümkün olmaması müalicəni çətinləşdirib və Fiona xilas edilə bilməyib.
https://t.me/Ajansaz_official/8009