“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi


Şriftin ölçüsü:
18.11.2026 12:18
Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə Efiopiya ilə üz-üzə gəlib. Matç Mozambikin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”dan Mozambik millisinə dəvət alan Bruno Lanqa və “Zirə”li Quima da bu görüşün iştirakçısı olublar. Hər iki futbolçu start heyətində yer alıblar və 90 dəqiqə meydanda mübarizə aparıblar. Lanqa 44-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Bu qələbə sayəsində xallarının sayını 7-ə çatdıran Mozambik millisi qrupda ikincidir. Afrika Millətlər Kubokuna vəsiqəni rəsmiləşdirmək üçün qarşıdakı 2 turda Mozambikə bir qələbə də bəs edir.