"Zirə" ilə qarşılaşacaq "İmişli"də son durum bəlli oldu


Misli Premyer Liqasının 12-ci turunda "Zirə"ni qonaq edəcək "İmişli"nin heyətində son durum bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Bəhruz Musayev məlumat verib:
"Komandada zədəli futbolçu yoxdur. Həmçinin cəzalı oyunçu da yoxdur. Matça hazırlıqlar davam edir. Qarşıda 3 məşq var".
Qeyd edək ki, "İmişli" turnir cədvəlində 11 xalla 8-ci pillədə qərarlaşıb.
Əlisahib İbrahimli
