Astarada yüksək gərginlikli elektrik dirəyi aşıb, mal-qara tələf olub


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Astara rayonunda yüksəkgərginlikli elektrik dirəyi aşıb, mal-qara tələf olub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Əzərüd kəndi ərazisində baş verib.
Belə ki, yüksək gərginlikli elektrik dirəyinin aşması nəticəsində kənd sakini Sona Rəşidovaya məxsus 4 baş iribuynuzlu mal-qara teləf olub. Buna səbəb isə yüksək gərginlikli elektrik xətlərinin irəklər qəzalı vəziyyətdə olması olub.
Məsələ ilə bağlı Cənub Regional Eneji Təchizatı və Satışı İdarəsindən bildirdilər ki, sözügedən ərazidə yerləşən transformator kənd məktəbinin balansındadır. Həmin transformatordan çıxan yüksək gərginlikli elektrik xətləri məktəbi elektriklə təmin edir. Həmin xətlər 30 dirək üzərindən aparılıb. Məktəbə cavabdeh olan qurum aidiyyəti üzrə müraciət etsinlər və dirəklərin yeri dəyişdirilə bilər.
Qeyd edək ki, baş verən hadisə nəticəsində vətəndaşa 9 min manat ziyan dəyib.
YENİLƏNİR
Dərc vaxtına görə
