16 yaşlı yeniyetmə elektron siqaret çəkdikdən sonra ÖLDÜ


Rusiyada 16 yaşlı yeniyetmə elektron siqaret çəkdikdən sonra ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Başqırdıstan bölgəsində 16 yaşlı məktəbli elektron siqaret çəkdikdən sonra qəfil halı pisləşərək boğulmağa başlayıb. Belebey şəhərinin həkimləri onun həyatını xilas etməyə çalışsalar da, yeniyetmə dünyasını dəyişib.
Başqırdıstan hökumətinin vitse-premyeri Ural Kilsenbayevin sözlərinə görə, kompüter tomoqrafiyası müayinəsi yeniyetmənin hər iki ağciyərində ciddi dəyişikliklər aşkar edib.
Sonradan məlum olub ki, yeniyetmə təxminən bir il ərzində mütəmadi olaraq elektron siqaret və qəlyan çəkirmiş.
Xuraman Etibarlı
İnterpress.az
