Zion Uilyamson ağır məğlubiyyət seriyasından danışıb


"Nyu Orlean Pelikans" son dörd oyunun hamısında məğlub olub və son üç qarşılaşmada rəqiblərinə orta hesabla 140,7 xal imkanı verib. Komanda ardıcıl iki matçda böyük fərqlə uduzub – biri 51, digəri isə 34 xallıq fərqlə başa çatıb. "Bruklin Nets"ə qarşı görüşdə Zion Uilyamson 29 xal toplayıb (14 atışdan 8-i dəqiq), lakin oyunu "-23" göstəricisi ilə bitirib.
Offsideplus.az xəbər verir ki, Uilyamson matçdan sonra çıxışında komandanın vəziyyətini sərt tənqid edib: "Qəbuledilməzdir. Söz tapa bilmirəm. Belə olmamalıdır. Biz hamımız – əsas heyət, oyunçular, məşqçilər – özümüzü dəyərləndirməli və komanda üçün nə etdiyimizi anlamalıyıq. Müdafiədə boşluqları bağlayırdıqmı? Bir-birimizi sığortalayırdıqmı? Rəqibin atışlarına mane olmağa çalışırdıqmı? Həqiqətən əlimizdən gələni edirdikmi? Heç kim belə uduzmağı istəmir. Əgər doğrudan da belədirsə, hər şeyə özümüzdən başlamalıyıq".
