Böyük yoldaşlıq illəri idi


“İnter Mayami”də oynayan “Barselona”nın keçmiş hücumçusu Luis Suares Lionel Messi və Neymarla birlikdə oynadığı vaxtlardan danışıb.
Publika.az xəbər verir ki, Suares bu barədə İspaniya mətbuatına müsahibəsində bildirib:
“Messi, Neymar və mənim aramda heç bir eqoizm yox idi. Bir-birimizi başa düşürdük, bir-birimizə kömək edirdik. Kimin qol vurmasının fərqi yox idi. Cərimə zərbələrini və penaltiləri bölüşürdük. Onlar mənə “Qızıl buts”u qazanmağa kömək etdilər.
O illər böyük yoldaşlıq illəri idi və bu, bizi daha da gücləndirdi”.
Publika.az
1 mənbə
