Zidan: "Məqsədimizə çatdıq, amma Fransanın oyunu düşündürür"


Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Türkiyə ilə oyundan sonra komandasının çıxışını dəyərləndirib və Millətlər Liqasının qrup mərhələsinə yekun vurub.
Offsideplus.az xəbər verir ki, Fransa qrup mərhələsinin son turunda Türkiyəni 2:1 hesabı ilə məğlub edərək qrupda birinci yeri tutub və turnirin dörddəbir finalına yüksəlib.
Zidan bildirib: "Bizim əsas məqsədimiz pley-offa vəsiqə qazanmaq, mümkün olsa, qrupu birinci yerdə başa vurmaq idi. Amma oyunumuz bir qədər düşündürücüdür, xüsusilə də pressinq baxımından. Birinci hissədə nə mən, nə də futbolçular razı qaldıq. Pressinqdə istədiyimiz səviyyədə deyildik, rəqibə boşluqlar verdik. Fasilədə bəzi düzəlişlər etdik və ikinci hissədə daha yaxşı oynadıq. Hələ də üzərimizdə işləməliyik. Müdafiədə və ümumilikdə komanda şəklində pressinqdə problemlərimiz oldu. Bu, təkcə bir və ya iki futbolçu ilə bağlı deyil – hamımız birlikdə pressinq etməliyik. Topa sahib olmağı sevirik, bu, bizim üslubumuzdur. İkinci hissədə bunu daha yaxşı bacardıq və bunu davam etdirməliyik. Birinci hissədə imkanlarımız olsa da, inam və dəqiqlik çatışmadı. Əsas odur ki, imkanlar yaratdıq və iki qol vurduq. Fasilədə etdiyimiz dəyişikliklər yaxşı nəticə verdi. Futbolçuların səmimi şəkildə çalışdığını gördüm, bu da ən vacib məqamdır. İndi dörddəbir finaldakı rəqibimizi gözləyirik. Futbolçular klublarına qayıdır, biz isə bir qədər dincələcəyik. Məqsədimizə çatdıq, martda nə olacağını görəcəyik".
