Zidan bu klubu çalışdıra bilər


Fransa millisinin baş məşqçisi Zinədin Zidan gələcək karyerası ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 53 yaşlı məşqçi gələcəkdə “Yuventus”un baş məşqçisi olmaq istədiyini bildirib.
“Bəli, bir gün "Yuventus"un baş məşqçisi olmaq məni xoşbəxt edərdi. Bunu istərdim. Amma futbolda nələrin baş verəcəyini heç kim bilmir”.
Xatırladaq ki, Zidan futbolçu karyerası ərzində 1996-2001-ci illərdə “Yuventus”un formasını geyinib.
