AFFA 5 klubu cərimələdi


AFFA İntizam Komitəsi II Liqanın XI turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
Sportify.az xəbər verir ki, beş klub müxtəlif səbəblərdən ümumilikdə 640 manat cərimələnib.
“Ağstafa Gəncləri” – “Difai” görüşündə ilkin protokolu elektron sistemdə gec təsdiqlədiyinə görə meydan sahibləri 150 manat cərimə olunub.
“Zəngəzur” – “Hypers” oyununda qonaq komandanın 6 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers” 70 manat cərimələnib.
“Kür-Araz” – “Qaradağ Lökbatan” matçı təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kür-Araz” 200 manat cərimə ödəyəcək.
“Dinamo” – “Şəmkir” qarşılaşması isə meydan sahiblərinin formalarında problem olması səbəbindən gec başladığı üçün “Dinamo” 150 manat cərimələnib.
Həmin görüşdə “Şəmkir”in 5 futbolçusu sarı vərəqə aldığı üçün komanda daha 70 manat cərimə ödəyəcək.
1 mənbə
