“Zeytun Pharmaceuticals” 1,2 mln manatlıq dərman tenderini qazanıb
Banker.azNurane


“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs güclü təsiredici və psixotrop dərman vasitələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyən edib.
Banker.az xəbər verir ki, tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub.
Satınalma üzrə ehtimal olunan qiymət 1 milyon 218 min 47 manat 19 qəpik təşkil edib.
Tender çərçivəsində güclü təsiredici və psixotrop dərman vasitələrinin alınması nəzərdə tutulur.
Xatırladaq ki, Banker.az-ın verdiyi məlumatlara əsasən, “Zeytun Pharmaceuticals” MMC bu il ərzində 12 və 2,4 mln dəyərində olan vaksin tenderlərinin də qalibi olmuşdur.