“Rabitəbank” ödənişimi hesaba köçürməyib, amma komissiya tutub" – Müştəri şikayəti


“Rabitəbank”ın müştərisi ödəniş zamanı yaranan problemlə bağlı narazılığını bildirib.
Tiraj.az xəbər verir ki, bankın Arzu Həsənova adlı müştərisi bununla bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, “E-Manat” vasitəsilə bank hesabına 200 manat ödəniş etsə də, vəsait hesaba köçürülməyib. Buna baxmayaraq, bank tərəfindən 1,20 manat komissiya tutulub.
Müştərinin paylaşdığı bildirişdən görünür ki, noyabrın 17-də saat 20:18-də həyata keçirilən 200 manatlıq əməliyyat uğursuz olub. Bildirişdə imtinanın səbəbi kimi əməliyyat sayının limiti aşması göstərilib. Lakin bundan bir saniyə sonra hesaba mədaxil üzrə 1,20 manat komissiya tutulması barədə bildiriş göndərilib.
Arzu Həsənova məsələ ilə bağlı banka müraciət etdiyini, lakin problemin həll olunmadığını bildirib.
“Maraqlıdır, komissiyanın tutulmasına gələndə heç bir problem yaranmır, amma ödənişin hesaba köçürülməsinə gələndə bankda problem olur?! Müştərinin pulunu tutursunuzsa, xidmətinizi də vaxtında və düzgün təmin etməlisiniz”, – deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı “Rabitəbank”dan tərəfindən hər hansı cavab verilməyib.
Ziya
1 mənbə