Zəngilanda sakinlər üçün səyyar stomatoloji tibbi aksiya keçirilib


4 mənbə əsasında
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda ikigünlük səyyar stomatoloji müayinə aksiyası təşkil olunub. Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkimləri iştirak ediblər. Aksiyada ümumilikdə 86 sakin müayinə olunub və onlara fərdi konsultasiyalar verilib. Xidmətlərin göstərilməsi zamanı tam avtonom işləyən portativ avadanlıqlardan istifadə edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Zəngilanda 86 nəfər stomatoloji müayinədən keçirilib
Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda səyyar stomatoloji müayinə aksiyası təşkil olunub. Adalet.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən keçirilən ikigünlük aksiya zamanı ümumilikdə 86 vətəndaş tibbi müayinədən keçirilib. Aksiya çərçivəsində Zəngilan sakinlərinə fərdi stomatoloji konsultasiyalar verilib, ağız və diş sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim olunub. Müayinələr zamanı vətəndaşların ağız boşluğunun vəziyyəti qiymətləndirilib, mövcud stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb. Tibbi xidmətlərin göstərilməsi zamanı tam avtonom işləmə imkanına malik portativ stomatoloji avadanlıqlardan istifadə edilib. Bu da səhiyyə xidmətlərinin xüsusi infrastruktur imkanları tələb etmədən əhaliyə çatdırılmasına şərait yaradıb. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə
