Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü


“Nvidia” şirkətinin baş icraçı direktoru (CEO) Jensen Huanq vəzifəsinə bərpa edildikdən sonra vaxt itirmədən şirkətin Kaliforniyanın Santa-Klara şəhərində yerləşən baş ofisinə qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda binanın atriumunda toplaşan çoxsaylı əməkdaşların onu gurultulu alqışlar və “Jensen! Jensen!” şüarları ilə qarşıladığı əks olunub.
Baş ofisə gələn Huanq işçilər qarşısında qısa çıxış edərək ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib: “İkinci şansa görə hamınıza təşəkkür edirəm. İkinci dəfə daha yaxşı baş direktor olacağam”.
Qeyd edək ki, Huanq 11 gün əvvəl - noyabrın 12-də şəxsi münasibətləri və Çin təhlükəsizlik xidmətləri ilə əlaqəsi olduğu iddia edilən şəxslə bağlı qalmaqal fonunda tutduğu vəzifədən istefa vermişdi. Lakin şirkət əməkdaşlarının və texnologiya ictimaiyyətinin dəstək kampaniyaları, eləcə də, ABŞ administrasiyasının yüksəksəviyyəli rəsmilərinin və Prezident Donald Trampın mövqeyindən sonra “Nvidia”nın Direktorlar Şurası yekdilliklə onu yenidən prezident, CEO və direktor kimi vəzifəsinə qaytarmaq barədə qərar qəbul edib.