Zəngilan-Laçın istiqamətində Paşinyanın 6 il öncəki əmri – İrəvanda yeni qalmaqal!


309 19.11.2026 01:46 Son xəbər A A
Ermənistanın baş naziri Nikol Paşinyanın 5 il əvvəl verdiyi hərbi əmr ölkədə yenidən qarşıdurmaya səbəb olub.
Musavat.com xəbər verir ki, bundan sonra Ermənistan mediasında Paşinyanın 27 oktyabr 2021-ci il tarixli çıxışından bir hissə yenidən yayılıb.
Həmin çıxışdakı “Mən əmr vermişəm” ifadəsi Paşinyanın Zəngəzur vilayətindən erməni qoşunlarının çıxarılması barədə göstəriş verdiyinin etirafı kimi təqdim olunub.
Bu iddialara cavab olaraq Ermənistanın hakimiyyətyönlü mediasında yayılan məlumatda bildirilir ki, Paşinyanın 2021-ci ilin oktyabrındakı çıxışında söhbət 2020-ci il müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş Laçın, Zəngilan və Qubadlı rayonlarının ərazilərində qalan erməni hərbi bölmələrinin tutduqları mövqelərdən geri çəkilməsindən gedib.
Söhbət həmin rayonların ətrafındakı müəyyən yüksəkliklərdə, o cümlədən Zəngilan rayonu istiqamətində, Qafan yaxınlığındakı yüksəkliklərdə yerləşən erməni hərbi bölmələrinin geri çəkilməsindən gedib. Bu mövqelərin bir hissəsi 2020-ci il müharibəsi dövründə möhkəmləndirilmişdi. Erməni bölmələrinin həmin ərazilərdən çıxarılması barədə əmr 2020-ci ilin dekabrında verilib.
Baş nazirin həmin bəyanatı bu bölmələrin Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədinə doğru geri çəkilməsi ilə bağlı olub.
Paşinyan özü də erməni qoşunlarının Azərbaycanın işğal altında olmuş yeddi rayonunun ərazisindən məhz onun əmri ilə çıxarıldığını təsdiqləyib.
Eyni zamanda, Zəngəzur vilayətinin özündən erməni qoşunlarının geri çəkilməsi və ya tutduqları mövqelərin təhvil verilməsi barədə heç vaxt əmr verilmədiyi bildirilir.
Məlumatda qeyd olunur ki, müxtəlif illərdə Azərbaycanın hərbi əməliyyatları nəticəsində Ermənistanın ərazi itkiləri olub. Lakin bunlar Ermənistan hakimiyyətinin verdiyi əmrlərin nəticəsi olmayıb.
Musavat.com
1 mənbə
