"Zəngəzur" biabırçı hesabla məğlub oldu
Football-plus.azkenan


Təmsilçisi “Zəngəzur” UEFA Regionlar Kubokunda ilk oyununu keçirib."Football-plus.az" xəbər verir ki, yeddinci qrupda yer alan komandamız ilk turda Polşanın “Dolnoşlyonski” kollektivi ilə qarşılaşıb.
Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin ikinci meydançasında keçirilən görüş rəqibin qələbəsi ilə başa çatıb - 12:0.
“Zəngəzur” növbəti oyununu noyabrın 24-də Türkiyə “İstanbul”una qarşı keçirəcək. Komandamız noyabrın 27-də isə Rumıniyanın “The Carpathians” kollektivi ilə üz-üzə gələcək.
