“Mən maska taxmıram və bu, heç vaxt xoşuma gəlməyib”


“Napoli”nin sabiq baş məşqçisi Antonio Konte həyat prinsiplərindən danışıb. O, şirin yalandansa, acı həqiqəti eşitməyə üstünlük verdiyini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu barədə danışarkən futbolçularına və ünsiyyətdə olduğu insanlara qarşı hər zaman səmimi olduğunu vurğulayıb:
“Futbolçularıma və münasibətdə olduğum hər kəsə həmişə deyirəm: “Mən gözəl yalandansa, xoşagəlməz həqiqətə üstünlük verirəm”.
Ünsiyyətdə olduğum insanlardan da eyni münasibəti gözləyirəm. Mən maska taxmıram.
Bəziləri bunu etməli olduğumu deyir, amma maska taxmaq heç vaxt xoşuma gəlməyib – hətta karnavalda belə! Mən hər şəraitdə gördüyünüz insanam”.
