Zelenskidən Aİ liderlərinə tövsiyə: Moskvaya getməyin


Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) liderlərini Rusiyanın Moskvaya dəvətini qəbul etməməyə çağırıb.
Publika.az xəbər verir ki, o, Berlində jurnalistlərə açıqlamasında belə bir səfəri yanlış kimi qiymətləndirib.
Zelenskinin sözlərinə görə, mümkün danışıqlar üçün daha uyğun məkan üçüncü ölkə ola bilər. O hesab edir ki, neytral ərazidə keçiriləcək görüş tərəflərin kompromisə marağını daha aydın nümayiş etdirər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya, ABŞ və Çin arasında Şençjendə keçirilən üçtərəfli sammitdən sonra Aİ nümayəndələrini Moskvaya dəvət etdiklərini açıqlayıb. Məqsəd təhlükəsizlik məsələləri və münaqişənin nizamlanması ilə bağlı Avropanın mövqeyini öyrənməkdir.
Müəllif: Roza
