Zelenski: Rusiya ilə danışıqlarda Avropanı beş ölkə təmsil edəcək


Rusiya ilə mümkün danışıqlarda Avropanı Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşa təmsil edəcək.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna, ABŞ və Avropa nümayəndə heyətləri arasında növbəti müzakirələr keçirilib. Görüşdə ABŞ tərəfini Stiv Uitkoff və Cared Kuşner onlayn formatda təmsil ediblər.
Zelenski qeyd edib ki, müzakirələr asan keçməsə də, müəyyən nəticələr əldə olunub. Tərəflər Ukraynada müharibənin ləyaqətli şəkildə başa çatdırılması və ölkənin təhlükəsizlik zəmanətlərinin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Ukrayna lideri əlavə edib ki, danışıqlar prosesində birgə konkret addımlar hazırlamaq üçün tərəflər “Könüllülər koalisiyası” çərçivəsində Berlində yenidən görüşəcəklər.
Müzakirələrdə Avropa Komissiyası, Avropa Şurası və NATO nümayəndələri də iştirak ediblər.
