Zelenski: “Bu, ən böyük zərbələrdən biri idi”


Rusiya Silahlı Qüvvələri noyabrın 20-nə keçən gecə Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qüvvələri dünən gecədən noyabrın 20-si səhər saatlarınadək Ukraynaya 400-dən çox hücum dronu və 110-dan çox raket buraxıb. Raketlərdən 27-si ballistik olub.
“Bu, ən böyük zərbələrdən biri idi”, – deyə Zelenski bildirib.
Ukrayna lideri hazırda ölkənin müxtəlif bölgələrində hücumların nəticələrinin aradan qaldırılması və bərpa işlərinin davam etdiyini qeyd edib.